Hollivudda atışma: 2 ölü

11:35 | 17.09.2016
Hollivudda atışma: 2 ölü

Hollivudda atışma: 2 ölü

Amerikanın Kaliforniya ştatının Qərbi Hollivud şəhərində atışma zamanı ən azı 2 nəfər həyatını itirib.

ANN.Az report-a istinadən xəbər verir ki, bu barədə KTLA5 telekanalı məlumat yayıb.

Qərbi Hollivud şəhəri Los-Anceles aqlomerasiyasına daxildir.

İnsident nəticəsində daha iki və ya üç nəfər ağır yaralanıb.

Hadisənin motivləri və atəş açan şəxs barədə məlumat yoxdur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM