i7 prosessorlu ucuz noutbuk yaradıldı

15:04 | 24.10.2016
i7 prosessorlu ucuz noutbuk yaradıldı

i7 prosessorlu ucuz noutbuk yaradıldı

Şəbəkədə Çinin yeni "SongQi F6C” noutbuku haqqında məlumat yayılıb. 

İKT.lent.az-ın "vladtime.ru” saytına istinadən məlumatına görə, model "Core i7” prosessoru ilə təchiz edilib və qiyməti 600 dollardır. 

Yenili potensial alıcıları çox yaxşı gücü və məqbul qiyməti ilə cəlb edə bilər. Hələlik bu, tanınmamış brenddir, ancaq cihazın prestiji onun çox da böyük olmayan qiyməti ilə kompensasiya edilir. 

Tərtibatçılar "SongQi F6C” noutbukunu "i7-6500U” mikrosxemi, 128 Gb SSD-yığıcı ilə təchiz ediblər. Həmçinin modelin 6 000 mA/saat gücündə olan akkumulyatoru, Full HD genişlənməsinə malik 13,3 düymlük ekranı olacaq. 

"SongQi F6C” noutbukunu artıq bu ilin oktyabr ayının sonunda əldə etmək mümkün olacaq. Komplektə həmçinin "OC Windows 10” əməliyyat sisteminin lisenziyalı versiyası da daxildir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb