İcarədarlar rayonlarda otlaq sahələrini zəbt edib – VİDEO

12:21 | 30.10.2016
İcarədarlar rayonlarda otlaq sahələrini zəbt edib – VİDEO

İcarədarlar rayonlarda otlaq sahələrini zəbt edib – VİDEO

Sakinlər mal-qaranı otarmaq üçün yer olmamasından gileylənirlər. Söhbət Kürdəmirin Şilyan kəndindən gedir.

ANN.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, kənd sakinlərinin sözlərinə görə, onlar heyvanlarını otarmaq üçün örüş sahəsi tapmağa çətinlik çəkirlər. Onlar deyirlər ki, əvvəllər bu məqsədlə istifadə edilən sahələr indi başqalarına icarəyə verilib.

Hətta bəzi sakinlər otlaq sahələrinin azlığından heyvanlarını satmaq məcburiyyətində qalıblar.

Kürdəmir rayon İcra Hakinmiyyətindən isə bildirdilər ki, Şilyan kəndinin örüş sahəsi var. Fermerlərə icarəyə verilən torpaqlar isə illər əvvəl bağlanmış müqavilə əsasındadır.

Sakinlərin indiki vəziyyətdə yeganə çıxış yolları örüş sahələrinin artırılması üçün rayon rəhbərliyinə müraciət etməkdir.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM