İçərişəhərdə incəsənət həftəliyi - FOTOREPORTAJ

16:54 | 14.11.2016
İçərişəhərdə incəsənət həftəliyi - FOTOREPORTAJ

İçərişəhərdə incəsənət həftəliyi - FOTOREPORTAJ

Ötən istirahət günlərində Bakının mərkəzində "İçərişəhər Art weekend" adlı növbəti tədbir keçirilib. 

Dövlət Bayrağı Günündən etibarən, "Azerbaijan Arts Council” paytaxt sakinləri üçün bayram ab-havasını davam etdirir. Sərgiyə yaradıcı gənclər cəlb edilib. 
 


Tədbirdə azərbaycanlı fotoqraflar, rəssamlar, sənətkarın əl işləri nümayiş etdirilib. "Arts Council” layihəsinin direktoru, Azərbaycandakı mədəniyyət üzrə konsul Dadaş Məmmədovun sözlərinə görə, "Art weekend" mədəniyyətimizin təbliği və yaradıcı insanlara yaradıcılıqlarını nümayiş etdirmək imkanı verir.
 

 
Peşəkar və gənc azərbaycanlı rəssamlar, keramika ustaları açıq səma altında tədbirdə iştirak ediblər. Bu isə paytaxt sakinlərinin, xüsusilə, uşaqların böyük sevincinə səbəb olub. Tamaşaçılar tədbir çərçivəsində rəssamların və keramika ustalarının işlərini canlı izləmək imkanı qazanıblar.


 
Tədbir çərçivəsində peşəkar heykəltəraş, "Art School” məktəbinin müəllimi Teymur Qəribov gənclərə master-klass (ustad dərsləri) keçərək, bu sənətə yeni gələnlərə heykəltəraşlığın incəliklərini öyrədib.
 


Fotoqraflar isə həm fotoşəkillərini təqdim edib, həm də tədbirdən bir-birindən maraqlı fotolar çəkib.

Qeyd edək ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ənənəvi olaraq, şənbə və bazar günləri bu cür tədbirlər keçirir.




















 
Rüstəm Qasımov

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb