İclası izləməyə köynəksiz gəldi

17:16 | 27.03.2018
İclası izləməyə köynəksiz gəldi

İclası izləməyə köynəksiz gəldi

Türkiyə Böyük Millət Məclisində (TBMM) növbəti qalmaqal və gülməli hadisə yaşanıb.

Anews.az-ın "Sözcü”yə istinadən xəbərinə görə, CHP-nin TBMM-dəki növbəti qrup toplantısını izləmək üçün gələn şəxsi polis qapıda saxlayıb.

Buna səbəb Cafer Darı adlı şəxsin üzərinə "Mustafa Kemalin askerleriyiz” sözləri yazılmış və Atatürkün fotosu olan köynək geyinməsi olub.

Polis heç bir səbəb gətirmədən C. Darıya qarşı fiziki güc işlədərək, köynəyi onun əynindən çıxarıb və o, köynəksiz TBMM-ə daxil olmaq məcburiyyətində qalıb.

Bu isə nəticədə qalmaqala səbəb olub.

CHP-li millət vəkili Mahmut Tanalın işə qarışmasından sonra həmin şəxsin köynəyi qaytarılıb və C. Darı yenidən köynəyini geyinərək CHP-nin qrup toplantısını izləmək üçün zala daxil olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb