İcra başçısının biznesinə nəzarət edən "Fedya" qəzada öldü - FOTO

12:00 | 30.05.2020
Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxs icra başçısının adamı imiş. Avtomobil isə icra başçısınındır.

 Musavat xəbər verir ki, dünən Füzuli rayonu Babı kəndi ərazisində 10 BK 050 dövlət nömrə nişanlı "VAZ-21214” markalı avtomobil aşıb. Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Avtomobil yol kənarına çıxaraq, bir neçə dəfə aşıb.


Sürücü Füzuli rayon 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev hadisə yerində dünyasını dəyişib. Sərnişin isə xəsarət alıb.


Məlumata görə, dünyasını dəyişən Fuad Əliyev Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin yaxın adamıdır.


"Fedya" ləqəbi ilə tanınan Fuad Əliyev icra başçısının fermer təsərrüfatına nəzarət edirmiş. İcra başçısının quşçuluq sahəsi üzrə yaratdığı biznes əsasən Fuad Əliyevin nəzarətində imiş.


Onu da qeyd edək ki, Fuad Əliyevin idarə etdiyi avtomobil də icra başçısına məxsusdur.





www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM