İctimai yerlərdə siqaret çəkilməsi ilə bağlı təklif edildi

17:44 | 26.01.2017
İctimai yerlərdə siqaret çəkilməsi ilə bağlı təklif edildi

İctimai yerlərdə siqaret çəkilməsi ilə bağlı təklif edildi

Azərbaycanda ictimai yerlərdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisin (MM)n Əmək və sosial siyasət komitəsinin yaz sessiyasının qanunvericilik planına daxil edilib.
 
APA-nın xəbərinə görə, bunu Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.
 
"Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müəllifi, millət vəkili Musa Quliyev bildirib ki, layihə ilə bağlı ictimai dinləmələrin keçirilməsi daha məqsədəuyğundur.
 
Deputat bu layihənin Azərbaycanda tütünçülüyün inkişafına qarşı olmadığını açıqlayıb:
 
"Burada həm istehlakçıların, həm istehsalçıların balanslaşdırılmış marağı nəzərə alınır. maqdan gedir. Bir sözlə, millətin marağı əsas götürülməlidir. Milli  Məclisin fəaliyyətinin əsas məqsədi də budur. Həmin dinləmələrə tütün istehsal edən, o cümlədən idxalçı şirkətlərin nümayəndələrini də dəvət etmək yaxşı olardı. Arzu edirəm ki, qanun layihəsi parlamentin yaz sessiyasında qəbul edilsin”.
 
Komitə sədri Hadı Rəcəbli də bununla bağlı ictimai dinləmələr keçirilməsi təklifini dəstəkləyib. Millət vəkili İlham Məmmədov isə deyib ki, bu qanunun qəbulu ilə ictimai yerlərdə siqaret tüstüsündən əziyyət çəkənlərin tüstüdən qorumağa nail olunacaq.
 
O, həmçinin qeyd edib ki, məktəblərin yaxınlığında yerləşən köşklərdə ədədlə siqaret satışının qarşısını almaq da yaxşı olar:
 
"Çünki siqaretu ədədlə adətən yeniyetmə və gənclər alırlar”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb