İki azərbaycanlı erməni qadını öldürdü - HADİSƏ

13:00 | 14.02.2014
İki azərbaycanlı erməni qadını öldürdü - HADİSƏ

İki azərbaycanlı erməni qadını öldürdü - HADİSƏ

Rusiyanın Perm vilayətində iki azərbaycanlı erməni qadını öldürüb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, öldürülən qadın Olqa Karapetyan tikinti şirkətlərinin birində memar işləyirmiş. Qadın işləyən şirkətdə çalışan 46 yaşlı Eldəniz Məmmədov verilən sifarişə görə əmək haqqını ala bilməyib.Bu səbəbdən Eldəniz Məmmədov sifariş verən Olqa Karapetyanın yanına gedib və pulunu istəyib. Lakin qadın Eldənizi otağından qovub və ona pul verməyib.Əmək haqqını ala bilməyən, üstəlik təhqir olunan Eldəniz Məmmədov Olqa Karapetyan ilə bir daha danışmaq istəyib. O, dostu Azər Əkbərovla birlikdə axşam saatlarında Olqa Karapetyanın mənzilinə gedib. Lakin qadın yenə onları söyüb. Bundan əsəbləşən Azər Əkbərov üzərində gəzdirdiyi silahla Olqa Karapetyanı güllələyib.Qeyd edək ki, Azər Əkbərov keçmiş xüsusi təyinatlı döyüşçüdü.Qadını öldürən Azər Əkbərov 23 il, Eldəniz Məmmədov isə 15 il azadlıqdan məhrum edilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb