"İldə 1 milyon miqrant qəbul edə bilərik" - İsveçdən şok açıqlama

14:12 | 18.09.2016

"İldə 1 milyon miqrant qəbul edə bilərik" - İsveçdən şok açıqlama

Avropa Birliyi ildə bir milyon qaçqını qəbul edə bilər. Əgər konsensus əldə edilməzsə, səs çoxluğu ilə qaçqınlara sığınacaq verilməsi barədə yeni qaydaları təsdiq edə bilər. Avropa bir qitə olaraq qlobal qaçqın böhranına görə öz məsuliyyətini anlamalıdır.
 
Axar.az xəbər verir ki, bu sözləri İsveçin sol mərkəzçi hökumətində Ədliyyə və Miqrasiya naziri Morqan Yohansson "Röyter”ə müsahibəsində deyib.
 
"Biz dünyada ən varlı qitəyik və aydın məsələdir ki, bu problemin öhdəsindən gələcək biriləri varsa, o da 500 milyonluq əhalisi olan Avropadır. İsveç keçən il 10 milyonluq əhalisinin proporsiyasına uyğun olaraq AB-nin digər ölkələrindən daha çox qaçqına yer verib. İsveç tarixi liberal siyasəti ucbatından miqrasiya məsələsində Avropa Birliyi miqyasında üzərinə daha ağır yük götürüb. Avropa Birliyi ildə 1 milyon qaçqın qəbul etmək iqtidarında olmalıdır”, - nazir qeyd edib.
 
Xatırladaq ki, İsveç hökuməti 2015-ci ildə 163 min sığınacaq axtaran qaçqını qeydə alıb. Ancaq cari ildə bu rəqəmin 35 minə enəcəyi gözlənilir.
 
Sığınacaq verilməsi üçün qoyulan ciddi qaydalar, sərhəddəki nəzarət və qaçqınların AB-yə girməsini əngəlləmək üçün atılan sərt addımlar miqrant axınına ciddi təsir edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM