İlham Əliyev Fransa və Ermənistanı "iki bacı" adlandırıb

13:04 | 21.11.2022
İlham Əliyev  Fransa və Ermənistanı

İlham Əliyev Fransa və Ermənistanı "iki bacı" adlandırıb

Azərbaycanın Frankofoniya (l'Organisation internationale de la Francophonie (OIF) təşkilatında olan tərəfdarlarının səyi nəticəsində Fransa senatının Azərbaycan qarşı hazırlanan qətnaməsinin ilkin variantında olan antiazərbaycan fikirlər çıxarılıb.  Bunu Azərbaycan respublikasının Prezidenti İlham Əliyev bildirib. 
 
Fransa parlamentinin hazırladığı qətnamənin ilkin variantında Azərbaycan əleyhinə olan tezislər Frankofoniya təşkilatında olan dostlarımızın səyləri nəticəsində çıxarılıb. Beləliklə Fransa və Ermənistanın istəyi baş tutmaylb Bu bir daha sübut edir ki, bizim beynəlxalq təşkilatlarda nüfuzumuz həqiqidir",  -  İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışı zamanı söyləyib. 
 
O həmçinin Fransa Ermənustana "havadarlıq etməkdə" günahlandırıb. 
 
" Fransa  Ermənistanı himayə edir. Onlar bir birinə "bacı" deyirlər. Onlar bir-birinə "qardaş" da deyə bilərdilər. Amma  "bacı" deyirlər",  - Əliyev vurğulayıb. 
 
Yeni Azərbaycan partiyasının təsis konfransı  1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilib. Həmin konfransda  Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul edilib. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri müəyyən edilib. 
 
30 ildir ki hakimiyyətdə olan YAP hazırda sədri Prezident İlham Əliyevdir. 
 
 
N.Təbrizli

 
 
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb