İlham Əliyev "Qarabağ" FK-nı təbrik edib

23:52 | 15.09.2022
İlham Əliyev

İlham Əliyev "Qarabağ" FK-nı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev tviter hesabında "Qarabağ”ın "Nant” üzərində qələbəsindən yazıb.

""Qarabağ”- "Nant”-3:0 .Darmadağın! Qarabağ Azərbaycandır!”, İlham Əliyev yazıb.
 
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Prezidentin "Qarabağ”la bağlı paylaşımına "Qarabağ Azərbaycandır!” deyə reaksiya verib. 
 
Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi "Qarabağ”  Fransanın "Nant” klubunu bu gün Bakıda keçirilən matçda 3-0 hesabı ilə udub. 
 
Matçdan əvvəl "Qarabağ” azarkeşləri pankart açıblar. Pankartlarda "Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün”, "İgid əsgər möhkəm dayan” sözləri yazılıb.
 
Rəqib komandanın qapısına topları 59-cu dəqiqədə Ovusu Kvabena,  64-cü dəqiqədə Abdulla Zubir və 71-ci dəqiqədə Marko Yankoviç vurub.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM