Bakıda infarkt keçirərək xəstəxanaya çatdırılan türkiyəli millət vəkili Ekmeleddin İhsanoğlu İstanbula aparılıb.
Türk deputat Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə xüsusi təyyarə ilə aparılıb.
İstanbuldakı bir özəl xəstəxanada həkim nəzarətindən keçdikdən sonra
evində istirahət edən İhsanoğluna Türkiyə prezidenti Ərdoğan və baş
nazir Binəli Yıldırım zəng edib. Onlar millət vəkilinə sağlamlıq arzu
edərək, istənilən köməyə və dəstəyə hazır olduqlarını qeyd ediblər.
Qeyd edək ki, 75 yaşlı millət vəkili ötən cümə günü Bakıda keçirilən "VI
Qlobal Forum”da iştirak edərkən infarkt keçirib. Çıxışını yarıda kəsən
deputat "Mərkəzi Klinik Xəstəxana”ya aparılıb. Həkimlər infarkt keçirən
deputatı əməliyyat ediblər. 36 saat reanimasiyada saxlanılan deputat
artıq İstanbulda müalicə olunmaq istəyib. Azərbaycan prezidenti İlham
Əliyevin göstərişi ilə türk millət vəkili özəl təyyarə ilə İstanbula
aparılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !