İlham Əliyevdən uşaq və yeniyetmələrlə bağlı MÜHÜM SƏRƏNCAM - 11 468 300 manat ayrıldı

19:13 | 31.01.2019
İlham Əliyevdən uşaq və yeniyetmələrlə bağlı MÜHÜM SƏRƏNCAM - 11 468 300 manat ayrıldı

İlham Əliyevdən uşaq və yeniyetmələrlə bağlı MÜHÜM SƏRƏNCAM - 11 468 300 manat ayrıldı

Prezident İlham Əliyev Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Anews.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.12-ci yarımbəndində göstərilən vəsaitin 11 468 300 manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılsın.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM