İlham Əliyevin Türkmənistana səfəri hazırlanır

12:46 | 01.02.2018
İlham Əliyevin Türkmənistana səfəri hazırlanır

İlham Əliyevin Türkmənistana səfəri hazırlanır

Azərbaycan prezidenti İlham Əliyevin Türkmənistana səfəri planlaşdırılır.

APA-nın xəbərinə görə, bu barədə Türkmənistanın Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətinin Türkmənistana səfərinin məqsədi, həmçinin, Azərbaycan prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə hazırlıq məsələsini müzakirə etməkdir.

Qeyd olunur ki, ötən ilin avqustunda Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedov Azərbaycana səfər edib və nümayəndə heyəti Türkmənistanda olarkən həmin səfər zamanı əldə edilmiş razılaşmaların praktik olaraq həyata keçirilməsi müzakirə olunub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb