İlin sonuna kimi daha 12 məktəbdə "məktəblinin dostu" fəaliyyət göstərəcək

16:55 | 18.04.2024
İlin sonuna kimi daha 12 məktəbdə

İlin sonuna kimi daha 12 məktəbdə "məktəblinin dostu" fəaliyyət göstərəcək


İlin sonuna kimi ölkə üzrə daha 12 məktəbdə "məktəblinin dostu" layihəsi tətbiq olunacaq. Bunu anews.az-a müsahibəsində elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

"İlk öncə problem daha çox olan məktəblərdə bu layihəni keçirməyə çalışırıq. Məktəblinin dostunun hansısa məktəbə getməsi üçün kamera rəcjizatı, monitorlar, bunların hamısı əsasdır. İlin sonuna kimi bu layihənin 250 məktəbdə icra etməsini planlaşdırırıq",- nazir müşaviri bildirib.
 
Hazırda layihə rəhbəri olan Gündüz Ağayev isə söyləyib ki, bu layihə büdcə hesabına maliyyələşmir. Elm və Təhsil Nazirliyinin sponsorlarının verdiyi ianələr hesabına icra olunur.

Hazırda məktəblinin dostu 238 məktəbdə fəaliyyət göstərir.
 

 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb