Çimərliklərlə bağlı son monitorinqin nəticəsi

13:55 | 03.07.2017
Çimərliklərlə bağlı son monitorinqin nəticəsi

Çimərliklərlə bağlı son monitorinqin nəticəsi

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisindəki çimərliklərdə dəniz sularının çirklənməsi ilə bağlı növbəti monitorinq keçirib.

Anews.az xəbər verir ki, bu barədə Trend-ə mərkəzin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

Şöbə müdiri bildirib ki, monitorinq nəticəsində ölkə ərazisində iki çimərlikdə dəniz suyunda bakterioloji çirklənmə aşkar edilib:

"Araşdırmalar zamanı məlum olub ki, Bakının Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyində bakterioloji çirklənmə aşkar edilib. Mərkəzin qərarı ilə həmin çimərliklərdə dəniz suyundan istifadə qadağan edilib. Digər çimərliklərdə isə vəziyyət normaldır".

Z.Kazımov deyib ki, Sahil və Şıx çimərlikləri hazırda fəaliyyət göstərir:

"Çimərliklər fəaliyyət göstərir. Vətəndaşlar həmin çimərliklərdə istirahət edə bilərlər, amma dəniz suyundan istifadə etməməklə".
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM