Çin ordusu Qarabağda

15:00 | 05.09.2017
Çin ordusu Qarabağda

Çin ordusu Qarabağda

Ermənistana hərbi yardım ayrıldı

Ermənistanın müdafiə naziri Vigen Sarkisyan, Çin Xalq Respublikasına rəsmi səfəri zamanı çinli həmkarı Çan Vantsyuanla görüşüb. Rəsmi mərasimdən sonra Ermənistan-Çin danışıqları başlayıb.

İstiPress Ermənistanın Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, danışıqların yekununda Pekində ÇXR-in Ermənistana 10 mln. yuan (1,5 mln. dollara yaxın) dəyərində hərbi yardım etməsi barədə saziş imzalanıb.

Hərbi və maliyyə yardımı haqqında sazişlərlə yanaşı Sarkisyanla Vantsyuan arasında humanitar sahədə və hərbi mütəxəssislərin hazırlanmasında əməkdaşlıq məsələləri barədə də ikitərəfli razılaşmalar əldə edilib. Sarkisyan bildirib ki, erməni hərbi qulluqçuları Çinin ali hərbi məktəblərində təhsil alacaqlar.

"Onlara yüksək səviyyədə hərbi hazırlıq keçiləcək. Ermənistan Çində hərbi mütəxəssislərin hazırlanması proqramını genişləndirməyə hazırdır" — erməni nazir qeyd edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb