İnanılmaz hadisə: Güllə başında ilişib qaldı - FOTOLAR

09:46 | 15.08.2014
İnanılmaz hadisə: Güllə başında ilişib qaldı - FOTOLAR

İnanılmaz hadisə: Güllə başında ilişib qaldı - FOTOLAR

“Anası namaz üstündəymiş”.Adətən, bəxti gətirən, ən mürəkkəb, ölüm qorxusu olan situasiyadan sağ-salamat çıxmış insan haqda belə deyirlər: “Anası namaz üstündəymiş”. Publika.Az xəbər verir ki, İraqın Fəlluca şəhər sakini Əbu Züber də məhz belə insanlardandır. Taksi sürməklə çörəkpulu qazanan kişi evinə qayıdarkən atəş altına düşüb. Hökumət qüvvələri ilə terrorçuların atışmasının nə ilə nəticələndiyi məlum deyil.Ancaq Əbunun da maşını gülləbaran olunub. Güllələrdən biri onun başına dəyib. Xoşbəxtlikdən, avtomobilə dəyib təsir gücünü itirən güllə Əbunu başını dəlib keçməyib, dərini azca yaralayaraq ilişib qalıb.Salamat qalmasına şükür edən sürücü başında güllə özünü xəstəxanaya çatdırıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb