Çində rekord sayda yoluxma qeydə alındı

19:30 | 25.11.2022
Çində rekord sayda yoluxma qeydə alındı

Çində rekord sayda yoluxma qeydə alındı

Çində son sutkada 32 943 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.


Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komissiyası məlumat yayıb.
 
Bildirilir ki, bu rəqəm əvvəlki günlə müqayisədə 4 faiz çoxdur. Məlumata görə, yeni yoluxma hallarının 90,5 faizi simptomsuzdur. Yoluxanların 250-ə yaxını xarici ölkədən gəlib.
 
Son sutkada qeydə alınan yoluxma sayı pandemiyanın başlanğıcından bəri yeni rekord hesab edilir. Bundan əvvəl Çində koronavirusa yoluxanların sayında rekord 29 411 yoluxma ilə aprelin 14-də qeydə alınıb.  Çin hakimiyyəti xəstəliklə mübarizə tədbirlərini sərtləşdirməyə davam edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb