“İnfiniti” ilə polis maşınını əzən Elton hardadır?

12:10 | 07.06.2018
“İnfiniti” ilə polis maşınını əzən Elton hardadır?

“İnfiniti” ilə polis maşınını əzən Elton hardadır?

Müğənni Elton Hüseynəliyevin səhhəti yaxşıdır, sadəcə, qolu bir az əzilib. Əvvəlcə elə bilib ki, sınığı var, xəstəxanaya ona görə gedib.

Bu sözləri Kult.az-a açıqlamasında Müğənni Elton Hüseynəliyevin prodüseri Tarix Əliyev deyib. O, qəzanın səbəbləri haqqında məlumatsız olduğunu bildirib:

"1 saylı Şəhər Kliniki Xəstəxanasında məlum olub ki, qolu əzilib. Qəzanın səbəbi haqqında dəqiq məlumat verə bilməyəcəyəm. Hazırda Elton mənim yanıma gəlir. Gəlsin, qəzanın səbəbləri haqqında öyrənməyə çalışacağam”.

Qeyd edək ki, müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti” markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb. Avtosfer.az saytı hadisənin saat 10 radələrində, Şıx çimərliyinin qarşısında olduğunu yazıb.

Həm müğənni, həm də YPX əməkdaşı xəsarət alıb. Onlar əraziyə çağırılan təcili tibbi yardımla xəstəxanaya aparılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb