İngilis mediası "Qarabağ"ı lağa qoyduFOTO

12:49 | 23.11.2017
İngilis mediası

İngilis mediası "Qarabağ"ı lağa qoyduFOTO

İngilis mediası "Qarabağ" futbol klubunu lağa qoyub.

Anews.az Milli.Az-a istinadən bildirir ki, məşhur ingilis saytı olan "The Sun" "Qarabağ"ın oyun günü planında futbolçuların adlarını tərcümə etməsini gülünc hesab edib.

Xəbərin başlığında yazılıb: ""Qarabağ" oyun günü planında "Çelsi"nin futbolçularının adlarını tərcümə etdi və gülməli vəziyyət yarandı".

Xəbəri yazan jurnalist bildirib ki, "Qarabağ"ın bu qəribə ideyası sosial şəbəkələrdə ingilislər tərəfindən ələ salınıb. İzləyicilər oyunçuların adlarının "Pro Evolution Soccer" oyunundakı kimi qəribə formada yazıldığını qeyd ediblər. Onlar Heri Kehill və Tibo Kurtuanın adlarının yazılışının gülünc olduğunu yazıblar.

Qeyd edək ki, ötən gün keçirilən "Qarabağ" - "Çelsi" matçı "Çelsi"nin 0:4 hesablı qələbəsi ilə başa çatıb.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb