Çinlilərdən Lippiyə fantastik təklif

18:18 | 09.09.2016
Çinlilərdən Lippiyə fantastik təklif

Çinlilərdən Lippiyə fantastik təklif

İtaliya millisinin sabiq baş məşqçisi Marçello Lippi dünyanın ən yüksəködənişli məşqçisi ola bilər. 

Qol.az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Çinin "Quançjou Everqrand” klubu Lippinin xidmətində maraqlıdır. Çin klubu 68 yaşlı mütəxəssisə 3 illik müqaviləyə görə 60 milyon avro təklif edir. 

Çinin digər klubu "Xebey Çayna Forçun” isə Lippinin ilinə 25 milyon avro ödəməyə hazırdır. 

Xatırladaq ki, Lippi daha əvvəl "Quançjou Everqrand”ı çalışdırıb. 2012-2014-cü illərdə komanda onun rəhbərliyi altında 3 dəfə Çin Superliqasını, Çin kubokunu və Asiya Çempionlar Liqasını qazanıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb