İnsan manifesti: Şərqin ilk solo nağara çalan qadını küçələrdə qalıb - ANN.TV

10:45 | 14.09.2015
İnsan manifesti: Şərqin ilk solo nağara çalan qadını küçələrdə qalıb - ANN.TV

İnsan manifesti: Şərqin ilk solo nağara çalan qadını küçələrdə qalıb - ANN.TV

El arasında belə ifadə var: "Çox gülənin dərdi də çox olar". Bəlkə də bu məsəl daha çox sənət adamlarına aiddir. Çünki başqalarını əyləndirməyi, xoş əhval-ruhiyyə bəxş etməyi özlərinin vəzifəsi hesab edən bu səntkarlar əksər hallarda özlərini yaddan çıxarır, şəxsi həyatları arxa plana düşür və müəyyən vaxtdan sonra - yaşlaşdıqda unudulurlar. Bu zaman isə onların şəxsi problemləri qabarmağa başlayır.

ANN.TV-nin "İnsan manifesti" rubrikasının növbəti qəhrəmanı da həyatını sənətinə qurban verən, hazırda xəstə olduğu üçün sevimli sənətindən kənar düşən və ən əsası - "şərqin ilk solo nağara çalan qadın" titulunun sahibi Esmira Cəfərzadədir.

Esmira Cəfərzadə sənətə gəlişindən, Azərbaycanın tanınmış müğənniləri ilə eyni səhnənin paylaşmasından, bəstələdiyi mahnılardan, eyni zamanda həyatdakı çətinliklərindən, ehtiyaclarından bəhs edib.

Gəlin, Esmira Cəfərzadənin hekayətini onun öz dilindən eşidək

Hazırladılar:
İsa Rəvan
Aynur Məmmədova


 

 

 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb