İnsan səsi ilə hərəkətə gələcək avtomobil patentləşdirilib

15:00 | 18.08.2017
İnsan səsi ilə hərəkətə gələcək avtomobil patentləşdirilib

İnsan səsi ilə hərəkətə gələcək avtomobil patentləşdirilib

İnsan səsi ilə hərəkət edəcək və dayanacaq avtomobil patentləşdirilib.

anews.az ictnews.az-a istinadən xəbər verir ki, patentə əlavə edilmiş təsvirdən göründüyü kimi, "Go" (Tərpən) və "Stop now" (İndi dayan) düymələri yeni panelin mərkəzində yerləşir. Bundan başqa, elektrik şüşə qaldıranı, qapıları bloka salan, işıqlandırma tənzimləyicisi və oturacaq qızdırıcısı düymələri var. 

Lakin patentə əlavə edilmiş sənədə əsasən, sərnişinlərin belə konsolun köməyi ilə lazımi marşrutu necə təyin edəcəyini başa düşmək olmur.

Ehtimal ki, avtomobil səsli idarəetmə və ya mobil proqram vasitəsilə idarə olunacaq. Həmçinin fövqəladə hal zamanı avtomobili "Stop now" düyməsi ilə dayandırmaq mümkün olacaq.

"Google” şirkətinə məxsus "Waymo” şirkəti uzun müddətdir sürücüsüz texnologiyalar üzərində işləyir, amma sözügedən şirkətin işi yalnız proqram təminatının yaradılması ilə məhdudlaşmır. Şirkətin mütəxəssisləri müxtəlif yeniliklər fikirləşir və onu patentləşdirirlər. Belə yeniliklərdən biri avtomobillər üçün yaradılmış futuristik  (gələcəyə istiqamətlənmiş) cihaz panelidir. Bu paneldə sükan və müxtəlif indikatorların əvəzinə bir neçə düymə yerləşdirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb