"İnter"in müdafiəçisi əməliyyat olunub

19:00 | 20.04.2023

"İnter"in müdafiəçisi əməliyyat olunub

İtaliyanın "İnter" klubunun futbolçusu Milan Şkrinyar əməliyyat olunub.

Milan təmsilçisinin rəsmi saytı xəbər verir ki, 28 yaşlı müdafiəçi belindən endoskopik əməliyyat keçirib.

Onun yaşıl meydanlara qayıdacağı vaxt açıqlanmasa da, qarşıdakı həftələrdə bərpa olunacağı bildirilib.

Milan Şkrinyar 2017-ci ildən "İnter"də çıxış edir. Komanda UEFA Çempionlar Liqasının yarımfinalında "Milan"la üz-üzə gələcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM