İnternetin sürəti artırılacaq

13:59 | 26.02.2015
İnternetin sürəti artırılacaq

İnternetin sürəti artırılacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Azdatakom” şəbəkəsinin texniki resurslarını hazırda ölkəmizdə fəaliyyət göstərən 30-dan çox internet provayderə təqdim edərək daxili internet şəbəkəsi yaratmağı təklif edib.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, daxili internet şəbəkənin yaradılması qlobal internet şəbəkəsindən maksimum səmərəli istifadəni tənzimləmək, bununla internet provayderlərin beynəlxalq kanallarının 35-40 faizə qədər əlavə yüklənməsinin qarşısını almaq, yerli internet resurslardan istifadə zamanı sürəti tənzimləyərək gecikmələri minimuma endirmək, eləcə də daxili internet resurslarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, ilk vaxtlar internet provayderləri arasında 1 Gb saniyə sürətli kanalın yaradılması nəzərdə tutulur. Trafikin həcmi artdıqca kanalın sürətinin artacağı da istisna deyil.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb