İntihar barədə düşünən şəxslə necə söhbət etməli?

10:28 | 23.02.2021
İntihar barədə düşünən şəxslə necə söhbət etməli?

İntihar barədə düşünən şəxslə necə söhbət etməli?



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, hər il təxminən 800,000 insan intihar səbəbindən həyatını itirir və 15-29 yaşda olanların ölüm səbəbləri arasında yol qəzalarından sonra intihar ikinci yerdədir.

ÜST hesab edir ki, bu məsələ barədə kifayət qədər danışılmayıb.

İntihar hadisələri qurbanların uşaqları, valideynləri, həyat yoldaşları, dostları və ya həmkarlarını təsirləndirir.
Keçən il ABŞ-da dərc edilmiş bir araşdırmaya əsasən, hər bir intihar hadisəsi orta hesabla 135 nəfərədək insana təsir göstərə bilər.

Kentucky Universitetinin doktoru Julie Cerel isə aşkar edib ki, intihar edənlə qohumluq dərəcəsindən asılı olmayaraq, insan özünü intihar edənə nə qədər yaxın hiss edibsə, intihar hadisəsinin psixoloji təsiri ona o qədər də güclü olub.

Ancaq bu mövzuda danışmaq insanlar üçün bəzən çətin olur.

Hər il sentyabrın 10-da Ümumdünya İntiharın Qarşısının Alınması Günü qeyd olunur, odur ki, intihar haqqında düşünənlə danışmağın ən uyğun yollarına nəzər salmaq yerinə düşər. (bbc)



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb