İohan Sebastyan Baxın əsərlərini arvadı yazıb - SENSASSİYA

19:08 | 04.11.2014
İohan Sebastyan Baxın əsərlərini arvadı yazıb - SENSASSİYA

İohan Sebastyan Baxın əsərlərini arvadı yazıb - SENSASSİYA

ANN.Az xəbər verir ki, "İohan Sebastyan Baxın (Johann Sebastian Bach) əsərlərinin arvadının yazdığı faktları aşkar etmişəm" - belə bir iddia ilə Avstriyada yerləşən "Charles Darwin" universitetinin professoru Martin Jarvis çıxış edib.

"Washington Post" qəzetinə bu barədə müsahibə verən professor 'Written by Mrs Bach' (Xanım Bax tərəfindən yazıldı) adlı əsər üzərində çalışdığını deyib və bu iddiasını təsdiq edəcək xeyli fakt topladığını bildirib.Professor iddia edir ki, İohan Sebastyan Baxa məşhurluq bəxş edən əsərləri əslində onun ikinci həyat yoldaşı Anna Maqdalenaya aiddir. Martin Jarvis ilk dəfə bu fakta 2006-cı ildə rast gəldiyini və o gündən indiyə qədər dərin tədqiqat apardığını deyib, əlavə edib ki, son 8 ildə Baxın əl yazısını, imzasını, digər yazışmaları incələyib və bu iddiasını ortaya qoyub. İndiyə qədər Anna Maqdalenanın yalnız həyat yoldaşının notlarını köçürdüyü deyilib, amma professor bildirir ki, bu əlyazmaları tədqiq edən tibb ekspertləri əsərlərin "yalnız kopya edilmədiyini ortaya qoyub. Üzdən köçürən şəxs nisbətən asta, ağır yazır, amma yaradıcı zəkası ilə nəyisə yazanda sürətli yazı forması ortaya çıxır və bu əlyazmalar da kopya deyil, yaradıcı zəkanın məhsuludur".Professor onu da vurğulayır ki, 17-18-ci əsrlərdə qadınların musiqi bəstələməsi faktını ictimaiyyət o qədər də birmənalı qarşılamayıb və bu səbəbdən əksər bəstəkar qadınlar öz əsərlərini kişi imzasıyla təqdim edib. Elə Anna Maqdalenanın əsərləri də həyat yoldaşı Baxın adına verilib.İohan Sebastyan Bax 1685-ci il martın 21-də anadan olub və 1750-cı ildə vəfat edib. Onlar 1721-ci ildə evlənib. Professor Jarvis deyir ki, cütlük 1713-cü illərdə tanış olublar. Baxın ikinci həyat yoldaşı olan Anna Maqdalena ərindən 16 yaş balaca olub. 1701-ci ildə anadan olan Anna 1760-cı ildə vəfat edib və çox yorucu, stres dolu həyat yaşayıb. Müğənni və bəstəkar olan Anna 1723-37-ci illər arası hər il hamilə qalıb və 13 uşaq dünyaya gətirib. Amma hımin uşaqlardan 7-ci körpə ikən ölüb. Ərinin ölümündən sonra Anna Maqdalena tarixə bu adla daxil olub: "Dul Bax". Öləndən sonra kasıblar qəbiristanlığında dəfn edilən Anna sonradan tamamilə unudulub. Professor bu qadınla bağlı sənədli film hazırladığını və yaxın günlərdə təqdim edəcəyini deyib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb