iPad-ın qiyməti ucuzlaşır

10:54 | 04.09.2014
iPad-ın qiyməti ucuzlaşır

iPad-ın qiyməti ucuzlaşır

“Digitimes” portalı yazır ki, “Apple” şirkəti “iPad Mini” planşetlərinin qiymətini azaltmaq haqda ABŞ-ın bir sıra pərakəndə satış nöqtələri, həmçinin “Best Buy” və “Amazon” şirkətləri ilə razılaşıb. ANN.Az ICTnews saytına istinadən bildirir ki, 16 QB-lıq yaddaşla təchiz olunmuş “iPad Mini” planşetinin qiyməti hazırda “Amazon” mağazasında 240 dollar, “Best Buy” mağazalarında isə 199 dollar təşkil edir.2014-cü ilin birinci və ikinci rüblərində “Apple” korporasiyası müvafiq olaraq 16,4 və 13,28 milyon “iPad” planşeti satıb. “iPad Mini” planşetlərinin qiymətinin azaldılması cihaza tələbatı yüksəldəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb