"iPhone 7"nin ən ucuz satıldığı ölkə hansıdır?

15:06 | 22.10.2016

"iPhone 7"nin ən ucuz satıldığı ölkə hansıdır?

Mütəxəssislər "iPhone 7” smartfonunun ən ucuz qiymətə satılan ölkəni müəyyən ediblər.

İKT.lent.az-ın "runews24.ru” saytına istinadən məlumatına görə, "CupoNation” şirkəti ən ucuz "iPhone 7”nin satıldığı ölkəni müəyyən etmək üçün tədqiqat keçirib.
 
Tədqiqat çərçivəsində cihazın müxtəlif ölkələrdəki qiymətləri müqayisə edilib. Nəticədə məlum olub ki, alıcılar "iPhone 7” cihazına görə ən az pulu Böyük Britaniyada ödəyirlər. Belə ki, ingilislər bu məhsulun bir ədədini 670 avro qiymətinə satırlar. 

"Google Pixel” smartfonu da Böyük Britaniyada da digər ölkələrdəkindən ucuz satılır. Bu smartfonun bir ədədini 670 avroya əldə etmək mümkündür. Müqayisə üçün deyək ki, Almaniyada bu cihazın bir ədədinin qiyməti 759 avro təşkil edir. 

"CupoNation” mütəxəssisləri Böyük Britaniyada "Google” və "Apple” cihazlarının qiymətinin ucuz olmasını ingilislərin Avropa Birliyini tərk etmələri ilə bağlı keçirilən referendumla izah edirlər. Məhz bu hadisə funt-sterlinqin məzənnəsinin ucuzlaşmasına səbəb olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM