“iPhone 8”in bəzi özəllikləri internetə sızdı

20:28 | 27.12.2016
“iPhone 8”in bəzi özəllikləri internetə sızdı

“iPhone 8”in bəzi özəllikləri internetə sızdı

Yaponiyanın "Mac Otakara” portalı 2017-ci ildə təqdimatı gözlənilən "iPhone 8” smartfonu haqqında yeni məlumatlar yayıb.

ANN.Az Lent.az-a istinadən xəbər verir ki, "iPhone 8”in 3D formatında çəkiliş üçün vertikal ikili kameraya, daha parlaq və qənaətcil OLED-displeyə malik olacağı bildirilir. 

Cihazın korpusu şüşədən olacaq və bunun sayəsində smartfon simsiz şarj edilə biləcək.
Bundan başqa, gələn il "iPhone 7s” və "iPhone 7s Plus” smartfonlarının da təqdim olunacağı gözlənilir. Bu cihazların LCD-ekran, alüminium korpus və horizontal yerləşəcək obyektivə malik olacaqları gözlənilir.

Qeyd edək ki, "Apple”ın "Ferrari” avtomobil brendi ilə əməkdaşlıq şəraitində xüsusi smartfon buraxacağı barədə də xəbər yayılıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM