• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

“iPhone X”in satış qiyməti 10 mini keçdi - RƏQƏMLƏR

“iPhone X”in satış qiyməti 10 mini keçdi - RƏQƏMLƏR
23.11.2017 11:55
Türkiyədə "Türkcell”, "Türk Telekom” və "Vodafone” tərəfindən yaxın vaxtlarda satışa çıxarılacaq "iPhone X” telefonları üçün təklif edilən qiymət 10 min TL-ni (4300 manat) keçib.

"A24.az”ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, artıq noyabrın 24-də telefon Türkiyədə satışda olacaq.

Telefonun Türkiyədəki qiymətləri 64 GB-lıq model üçün 6099 TL (2.622 manat), 256 GB-lıq modeli üçün isə 6899 TL (2.966 manat) olacaq.

24 noyabrda "Türkcell”, "Türk Telekom” və "Vodafone” da telefonu satışa çıxaracaq. Bu şirkətlər yuxarıdakı qiymətlərlə yanaşı "iPhone X”ə sahib olmaq üçün aylıq kredit təklifləri də edəcək.

"Turkcell”in "iPhone X” təklifləri…

"Turkcell” 64 GB-lıq "iPhone X” modelini 48 aylıq kreditlə, ayda 203 TL (87 azn) ödəməklə cəmi 9.744 TL-ə  (4.190 azn) başa gələn təklif Türkiyədə ən yüksək rəqəm kimi göstərilir.

Ən ucuz təklif isə, 12 aylıq kreditlə ayda 575 TL (247 azn) ödəməklə 6.900 TL-dir (2.967 azn).

"Türk Telekom”un "iPhone X”in 65 GB və 256 GB-lıq modelləri üçün kredit təklifləri göstərilməyib.

"Vodafone” "iPhone X” təklifləri…

"Vodafone”un 64 GB-lıq "iPhone X” modeli üçün 24 aylıq kreditlə ayda 355 TL (153 azn) ödəməklə 8.550 TL-yə (3.676 azn) başa gələn bu təklifi ən münasib qiymət kimi dəyərləndirilib.

Ən yüksək qiymət təklifi isə ayda 529 TL (227 azn) ödəməklə 9.522 TL-dir (4.094 azn).

Qeyd edək ki, "Azercell”in "iPhone 8” üçün 24 aylıq kredit təklifi, 64 GB "iPhone 8” üçün ayda 250 azn ödəməklə 6 min manata, 256 GB-lıq model üçün ayda 300 azn ödəməklə 7200 manata başa gəlir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Habertürk”ün baş redaktoru saxlanılıb
Dünya 23:26
“Habertürk”ün baş redaktoru saxlanılıb
Rusiyada qəzaya uğrayan təyyarədəki bütün heyət üzvləri həlak olub - Yenilənib
Dünya 19:19
Rusiyada qəzaya uğrayan təyyarədəki bütün heyət üzvləri həlak olub - Yenilənib
Zelenski Roma Papası ilə görüşüb - Yenilənib
Dünya 18:25
Zelenski Roma Papası ilə görüşüb - Yenilənib

Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Dünya 10:18
Pakistanın Əfqanıstanla sərhədində 6 hərbçi həlak olub
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Dünya 23:50
Zelenski Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Dünya 23:06
Avropa İttifaqı Polşanı miqrant qəbul etmək öhdəliyindən azad edib
Paşinyan yeni müşavir təyin edib
Dünya 20:20
Paşinyan yeni müşavir təyin edib
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib
Dünya 18:39
Yaponiyada 7,2 maqnitudalı zəlzələ baş verib

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Dünya 17:35
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol