"iPhone"u olanlara müjdə - Video

16:48 | 07.05.2015

"iPhone"u olanlara müjdə - Video

"iPhone" istifadəçilərini sevindirəcək yeni məlumat yayılıb.

ANS PRESS-in məlumatına görə, "iPhone 6" mobil qurğusu hazırlanan xüsusi örtük sayəsində su keçirməyəcək. 135 AZN-ə satışa çıxarılacaq "H2Pro" adlı örtük bu ayın sonunda müştərilərə təqdim olunacaq.

Bu örtük təkcə "iPhone"ları sudan qorumayacaq, həmçinin qurğunu əlavə enerji təmin edəcək və 128 GB əlavə yaddaş təmin edəcək. İstehsalçı şirkət "Mophie" yeni məhsulunun yalnız "iPhone 6" üçün hazırlandığını bildirib. Örtük telefonun 1,2 metr suyun altında 30 dəqiqə işləməsinə imkan yaradır.

"Mophie" şirkətindən bildirilib ki, yeni məhsul bu ayın sonunda bazara çıxarılacaq. "iPhone 6" istifadəçiləri artıq indidən örtüyə sahib ola bilmək üçün sifariş verməyə başlayıblar.
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM