İran ABŞ-dən 130 milyard təzminat istəyir

15:33 | 03.12.2019
İran ABŞ-dən 130 milyard təzminat istəyir

İran ABŞ-dən 130 milyard təzminat istəyir

Mizan agentliyinin məlumatına görə, İran Məhkəməsi rəsmisi Gülhüseyn İsmaili bildirib ki, təzminat ölkədə baş vermiş iğtişaşlara görə tələb olunub.
 
Onun sözlərinə görə, iddia və şikayət "ABŞ təxribatından” birbaşa ziyan çəkən İran vətəndaşları tərəfindən verilib.
 
G.İsmaili açıqlayıb ki, hazırda məsələ ilə bağlı 360 işə baxılıb və İran Məhkəməsi 130 milyard məbləğində təzminat müəyyənləşdirib.
 
Agentlik onun sözlərini sitat gətirərək yazıb ki, İran Hakimiyyəti və Xarici İşlər Nazirliyi hökmün ABŞ tərəfindən icra edilməsi istiqamətində, vətəndaşların xeyrinə fəaliyyət göstərməlidir.
 
Tərcümə: Cavid Zahidoğlu    

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM