«İran dələduz dövlətdir»

22:41 | 05.01.2016
«İran dələduz dövlətdir»

«İran dələduz dövlətdir»

«İranda səfirliyin yandırılması bir daha göstərdi ki, İran dələduz, təhlükəli, qeyri-hüquqi dövlət olaraq qalır». «Newsweek»də Elliott Abrams yanvarın 3-də Tehranda Səudiyyə Ərəbistanı səfirliyinin yandırılmasından yazır və xatırladır ki, 2011-ci ilin noyabrında hədəfdə Britaniya səfirliyi idi. Onlarla gənc Tehrandakı səfirliyə girib, «Molotov kokteylləri» atıb, sənədləri yandırıb. Birinci dəfə belə hadisə isə 1979-cu ildə ABŞ səfirliyində baş verib, əməkdaşlar girov götürülüb.

«İran polis dövlətidir, «etirazçılar»ın və ya «tələbələr»in səfirlik binalarına girməsini önləmək üçün kifayət qədər qüvvəsi var. Səfirlik binalarını hökumət qorumalıdır… Əslində, heç vaxt bilməyəcəyik ki, həmin «etirazçılar»ın nə qədəri İnqilab Qvardiyasının hazırladığı «könüllülər» –bəsicilər idi».

«Yanvarın 3-də baş verənlər göstərdi ki, İran sivil diplomatik qaydalarla yaşamaqdan imtina edir və nüvə sazişi imzalanandan davranışı yaxşılaşmayıb, əksinə, pisləşib. Sabah kimsə Tehranda ABŞ səfirliyi açmağı təklif etsə, bugünkü insidenti yada salsın. İslam Respublikası hələ də səfirliklərin işğalına mümkün siyasi alət kimi baxır». /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb