İran Fransa istehsalı avtomobillərin idxalına qadağa qoyub

15:19 | 18.11.2022
İran Fransa istehsalı avtomobillərin idxalına qadağa qoyub

İran Fransa istehsalı avtomobillərin idxalına qadağa qoyub

İran Fransa istehsalı olan avtomobillərin ölkəyə idxalına qadağa qoyub. Bunu İranın Sənaye, Mədən və Ticarət və Nazirliyi məlumat verib.
 
Nazirliyinin sözçüsü Omid Kalibaf  bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib.
 
Fransanın "Renault”, "Peugeot” və "Citroen” kimi firmalarının istehsal etdiyi nəqliyyat vasitələrinin idxalına qadağa qoyulduğunu qeyd edən Kalibaf, "bu müddət ərzində Fransız avtomobillərinin idxalı üçün heç bir lisenziya vermədik. Diqqətimizdə Yapon, Koreya, Çin və Fransa istehsalı olmayan Avropa avtomobilləridir”, - deyib.
 
İranın "İran Khodro" və "Saipa" kimi avtomobil istehsalçıları daha çox "Peugeot”, "Renault” və "Citroen” kimi fransız şirkətləri ilə birgə istehsal edirdilər. ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyalar İranın ən böyük məşğulluq sahələrindən biri olan avtomobil sənayesini də hədəf alıb.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb