İran hərbi donanmasını “Phalanx” kompleksləri ilə təchiz edəcək

19:00 | 08.05.2016
İran hərbi donanmasını “Phalanx” kompleksləri ilə təchiz edəcək

İran hərbi donanmasını “Phalanx” kompleksləri ilə təchiz edəcək

İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Qolan Reza Bikam tezliklə hərbi donanmanın "Phalanx” raket hücumundan müdafiə komplekslərinin İran versiyası ilə təchiz ediləcəyini bildirib.
 
APA-nın İSNA agentliyinə istinadən verdiyi məlumata görə,  "Phalanx” raket hücumundan müdafiə kompleksləri ABŞ və bir çox ölkələrin donanmasında istifadə edilir.
 
Kompüterlə idarə edilən radar və 20 mm-lik topa malik "Phalanx”  hədəfi avtomatik aşkarlayır, izləyir və məhv edir. Q. R. Bikam  bu raket hücumundan müdafiə komplekslərinin final sınaqdan sonra  İran Hərbi Dəniz Qüvvələrinə veriləcəyini qeyd edib.
 
Hazırda İranın 50-dən çox döyüş və dəstək gəmisi var. İran Hərbi Dəniz Qüvvələrinin 40 mindən çox hərbi qulluqçusu var. İran Hərbi Dəniz Qüvvələri Fars və Oman körfəzlərində, Xəzər dənizində fəaliyyət göstərir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb