İran kinosunun 10 ən gözəl filmi - SİYAHI

13:33 | 22.10.2014
İran kinosunun 10 ən gözəl filmi - SİYAHI

İran kinosunun 10 ən gözəl filmi - SİYAHI

1. A Separation /Boşanma (2011)

Film boşanmaq üzrə olan, amma uşaqlarının himayəsi ilə bağlı mübahisəsi düşən bir cütün əhvalatından bəhs edir.Simin, əri Nader və qızı Termehlə birlikdə İranı tərk etmək istəyir. Nader isə alzeymer xəstəsi olan atasını tərk etmək istəmir və bununla da boşanma mövzusu cütlük arasında müzakirəyə çıxarılır. Amma ərindən boşanma iddiası ilə bağlı rədd cavabı alan Simin ana-atasının evinə gedir.Termeh isə atasıyla qalmağa qərar verir. Nader qızına və atasına baxması üçün hamilə bir gənc qadını pul  müqabilində evində işə götürür. Amma bu gərgin vəziyyəti bir az da gərginləşdirir...2. Turtles Can Fly / Tısbağalar da uça bilər (2004)

İraq - Türkiyə sərhədində, Amerika işğalı altındakı kürd qaçqın düşərgəsində yaşayan 13 yaşlı Satellitə az-maz bildiyi ingiliscəsiylə bəzi xəbərləri kəndlilərə tərcümə edir, digər tərəfdən də uşaqlara liderlik edir.

3. About Elly / Elli haqqında (2009)

Uzun illər  Almaniyada yaşadıqdan sonra Əhməd İranı ziyarət etmək qərarı verir. Keçmiş universitet yoldaşları Əhmədin gəlişi şərəfinə Xəzərin sahilində tətil planlayırlar. Bu tətili təşkil etmək qrupdakı qadınlardan birinin - şən Sepidehın üzərinə düşür. Sepideh qrupdakı yoldaşlarının xəbəri olmadan qızının uşaq bağçası müəlliməsi Ellini də dəvət edir. Almaniyadakı uğursuz evlilikdən hələ xilas ola bilməyən Əhməd iranlı qadınla ailə qurmaq istəyir. Bunu bilən tələbə yoldaşları Sepidehin Ellini nə üçün dəvət etdiyini yavaş-yavaş anlayırlar. Tətilin ikinci günündə hər şey yaxşı getdiyi bir məqamda Elli ortadan yox olur.

4. Children of Heaven / Cənnətin Uşaqları (1997)

Film Əli və Zəhra adlı bacı-qardaşın əhvalatından bəhs edir. Onlar qarşılaşdıqları və yaşadıqları problemləri ailələriylə paylaşmırlar və özləri həll etməyə çalışırlar.Əslində ən böyük problem Zəhranın itən ayaqqabılarıyla bağlıdır. Əli Zəhranın ayaqqabıları itdiyi üçün öz ayaqqabılarını bacısı ilə paylaşmaq məcburiyyətində qalır. Çünki uşaqlar valideynlərinin əlavə bir ayaqqabı ala bilməyəcəkləri qədər kasıb olduqlarını bilirlər. İki qardaş günlərini tək bir cüt ayaqqabını paylaşaraq keçirməyə çalışırlar, səhərlər Zəhra məktəbə gedərkən geyir, günortadan sonra isə Əli.

5. A Time for Drunken Horses / Sərxoş atların zamanı (2000)

İranlı bir kürd ailəsinin üzvləri atalarının ölümündən sonra çətin şərtlər altında həyatlarını davam etdirirlər. Bu arada qardaşlardan birinin təcili olaraq əməliyyat olması lazım gəlir. Hələ 12 yaşında olan Əyyub ailənin yeni başçısı olaraq çətin duruma düşür.

6. The Cow / İnək (1969)

Həsən ucqar bir kənddə yaşayır və var-dövləti tək inəkdir. O, inəyini övladı kimi bəsləyir. Bir gün Həsən kənddə olmadığı vaxt inək ölür. Həsənin inəyə olan bağlılığını bilən kəndlilər tələsik inəyin ölüsünü gizlədirlər və Həsən geri döndüyündə inəyinin qaçdığını deyirlər. Bu ayrılıq Həsəni çox məyus edir və o, bütün gününü tövlədə keçirməyə başlayır. Bir müddət sonra isə o özünü Həsən deyil, Həsənin inəyi olduğuna inandırmağa başlayır.

7. Bab'Aziz The Prince That Contemplated His Soul (2005)

Bab'Aziz The Prince That Contemplated His Soul | IMDB: 7,6 (2005)

Bu film insanlığın həyat səfərinin xülasəsidir. Bilinməyən zamanlardan günümüzə qədər yaşamağı və yaşamın mənasını bilən insanların edəcəyi vacib bir səfər... Səfərin əhəmiyyətinə ətrafındakılar təsir göstərməyə çalışsalar da Hakim-i Mütləqin cızdığı xəttlərin xaricinə çıxmaq mümkün deyil.

8. Taste of Cherry / Albalının dadı (1997)

İranın ən məşhur rejissorlarından biri hesab olunan Abbas Kiarostaminin bu filmi intihar etmək istəyən orta yaşlı bir adamın hekayətini anladır. O, öldükdən sonra meyitini basdıracaq bir adam axtararkən başına qəribə hadisələr gəlir.

9. The Color of Paradise / Cənnətin rəngi  (1999)

Tehranın korlar məktəbində oxuyan Məhəmməd atasının onu yaz tətili üçün məktəbdən almasını gözləyir. Atası isə çox gec gəlir və onu kənddəki bacılarının yanına aparır. Təbiət aşiqi olan və kəndini, ailəsini həsrətlə gözləyən bu uşağa görə ata utanır. Çünki oğlu kordur. Atası yenidən ailə qurmaq istəyir, amma evlənəcəyi qadına Məhəmmədin varlığından danışmır.Təsiredici və romantik film əslində "kim kordir" sualını ağıllara gətirir. Filmlərin Uruqvay, Montreal, San Diego daxil olmaqla bir çox festivalda mükafat qazanıb.

10. Where is the Friend'S HOME? / Dostumun evi harada?

Əhməd yoldaşının etdiyi tapşırığı səhvən evə aparar. Əgər geri aparmazsa, müəllimi ona "0" verəcək. Tam olaraq harada yaşadığını bilmədiyi, başqa bir kənddə olan yoldaşını axtarmağa gedən Əhmədin bu səfəri macəra dolu olur.Rejissor İran kəndlilərinin həyatlarını və həyata baxışlarını əks etdirir bu filmdə.Abbas Kiarostomi bu filmlə birlikdə özünü bütün dünyaya sübut etməyi bacarıb. Vicdan və dürüstlük duyğusunu ön plana çıxaran bu film "The Traveler" filmi kimi mehriban, unudulmaz bir sənət əsəri kimi yaddaşlardan silinməyəcək.Hazırladı Nuray

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb