İran Mədəniyyət Mərkəzləri bağlandı

15:38 | 03.09.2014
İran Mədəniyyət Mərkəzləri bağlandı

İran Mədəniyyət Mərkəzləri bağlandı

Bu mərkəz Azərbaycanda da İslam İnqilabının ixracatçısı hesab olunur
İranın mədəniyyət mərkəzlərinin bütün dünyada bu dövlətin xüsusi xidmət orqanlarının rolunu oynadığını bilinməkdədir. İran İslam İnqilabının müsəlman ölkələrə ixracı məhz bu mərkəzlər vasitəsi ilə həyata keçirilir.
Bu mərkəzlərə qarşı ciddi addım Sudanda atılıb.  Belə ki, Sudan ölkədəki bütün İran Mədəniyyət Mərkəzlərini bağlayıb və İranın mədəniyyət atteşesi və kollektivini deportasiya edib.
Sudan İran Mədəniyyət Mərkəzlərinin üzvlərindən 72 saat içində ölkəni tərk etməyi tələb edib.
Yenicag.Az “Sudantribuna” saytına istinadən bildirir ki, bu qərar İran Mədəniyyət Mərkəzlərinin ölkədə dini təfriqə salma, İslam inqilabının ixracı və İran şiəliyinin yayılmasında oynadığı  rola görə, verilib.
Qeyd edək ki, Azərbaycandakı İran Mədəniyyət Mərkəzinin rəhbəri Seyyid Əli Əkbər Ocaq Nejat haqqında da bu ittihamlar illərlə səslənir. Hətta onun adı bir sıra məhkəmə sənədlərində də öz əksini tapmışdır. Azərbaycanda radikal şiəliyin yayılmasında müstəsna rol oynayan Ocaq Nejatın adı mərhum Prezident Heydər Əliyevin dönəmində baş verən Nardaran hadisələrinin təşkilatçılarından biri kimi hallanırdı.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM