İran prezidenti Qərblə yaxınlaşmaqdan danışdı - FOTO

09:40 | 25.11.2014
İran prezidenti Qərblə yaxınlaşmaqdan danışdı - FOTO

İran prezidenti Qərblə yaxınlaşmaqdan danışdı - FOTO

Dünya siyasi gündəminin əsas mövzularından biri İranın “altılıq” ölkələri ilə (BTM Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) Vyanada apardığı Tehranın nüvə siyasətinə dair müzakirələrin nəticəsiz başa çatmasıdır.  

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani  “İRİB-1” dövlət televiziya kanalına Vyana danşıqlarını şərh edərkən bildirib ki, müzakirələrin gedişatında rəsmi Tehranın “altılıq” ölkələri ilə mövqeləri daha da yaxınlaşıb. Həsən Ruhani vurğulayıb ki, nəticədə razılığa əməl olunmasa da, tərəflər bu razılığa  gedən yolda əhəmiyyətli şəkildə irəliləyiblər:“Mən bu danışıqları əhəmiyyətli addım kimi qiymətləndirirəm. Hər halda, biz  böyük qələbəyə nail olduq. Qərb ölkələri dərk etdi ki, bizimlə olan problemləri yalnız danışıqlar yolu ilə həll etmək olar”,-deyə İran prezidenti bildirib. Həsən Ruhaninin sözlərinə görə danışıqların müvəffəqiyyəti həm də tərəflərin müzakirə aparmağı öyrənməsindən ibarətdir. İran prezidenti söyləyib ki, etibarsızlıq mühitinin bir çox elementi artıq yoxdur:“Həmin dövlətlər hörmətlə İranın sanksiyaları ləğv etmək tələbinə hörmətlə yanaşmağa başladılar. Uranın zənginləşdirilməsinə və ölkə ərazisində yanacağın istehsalına bizim haqqımızın olduğu tanınıb. Bizim şirkətlərimiz və Qərb biznesi deyir ki, İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsindən başqa yol yoxdur. Biz ardıcıl olaraq bu məhdudiyyətlərin ləğvinə nail olmaqdan ötrü səy göstərəcəyik”.Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib ki, İranla “altılıq” ölkələrinin danışıqlarının növbəti raundu 2015-ci ilin 30 iyununa qədər uzadılıb. 30 iyun isə danışıqların sonuncu günü təyin edilib.    ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb