İran Prezidenti Yaponiyaya gedir

09:24 | 17.12.2019
İran Prezidenti Yaponiyaya gedir

İran Prezidenti Yaponiyaya gedir

İran Prezidenti Həsən Ruhani dekabrın 20-də Yaponiyaya səfər edəcək.

İRNA xəbər verir ki, bu barədə iki ölkə arasında ticarət əlaqələrinin inkişafına dair keçirilən tədbirdə İranın xarici işlər nazirinin müavini Abbas Arakçı məlumat verib.

O, bu səfərin Yaponiyanın Baş naziri Şinzo Abenin bu ilin iyun ayında Tehrana səfərinə cavab olaraq həyata keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, Ş.Abe son 41 ildə İrana səfər etmiş ilk Yaponiya hökumət başçısıdır. Yaponiya Baş naziri İranla ABŞ arasında Körfəzdəki gərginliyi səngitməyə səy göstərib.

AFP xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Rəbii də iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı məsələlərinə, həmçinin Qərbi Asiya regionundakı proseslərə həsr olunacaq bu səfərin ABŞ ilə apardıqları danışıqlar kimi məsələlərə heç bir dəxli olmadığını vurğulayıb: "Yaponiyalı dostlarımızın çox vaxt irəli sürdükləri ismarıc və ya təşəbbüsləri biz alqışlayır və ciddi təhlil edirik”.

Qarşıdakı səfər İran Prezidentinin Yaponiyaya 2000-ci ildən etibarən ilk səfəri olacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb