İran səhvən öz gəmisini vurdu- YENİLƏNİB

10:11 | 11.05.2020
İran səhvən öz gəmisini vurdu- YENİLƏNİB

İran səhvən öz gəmisini vurdu- YENİLƏNİB

İran Hərbi Dəniz Qüvvələrinin "Jamaran” freqatı səhvən hərbi təlimdə iştirak edən digər gəmini raketlə vurub.


Bu barədə "Tasnim” informasiya agentliyinin siyasi şöbəsinin direktoru Mehdi Bəxtiyari Tvitter səhifəsində məlumat verib. Onun sözlərinə görə, faciə Oman körfəzində baş verib və atəş "Konarak” köməkçi gəmisinə açılıb.


Nəticədə 2 nəfər ölüb, onlarla insan yaralanıb. "Konarak” isə insident nəticəsində batıb.


İran mediası isə ölənlərin sayının 40 hərbçi olduğunu iddia edir.

 

04.43


APA-nın Tehran bürosunun məlumatına görə, "Tasnim” xəbər agentliyinin jurnalisti Mehdi Bəxtiyari"Twitter” səhifəsində yazır:

"Deyilənlərə görə, "Jamaran” gəmisi tərəfindən atılan raket səhvən logistika gəmisi olan "Konarak” gəmisinə dəyib”.

Onun sözlərinə görə, hələlik rəsmi mənbələr xəbəri təsdiqləməyiblər. O, həmçinin ölən və yaralananların sayının bilinmədiyini deyib.

Digər bir jurnalist Həmid Hacipur isə öz "Twitter” səhifəsində yazıb ki: "Çabahar xəstəxanasından verilən məlumata görə, bu hadisədə 40 nəfər ölüb. Onlardan 22 nəfərin cənazəsitapılıb”.



İran ordusu məlumata rəsmi münasibət bildirməyib.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb