İran-Səudiyyə münasibətləri ən təhlükəli həddədir

20:51 | 05.01.2016
İran-Səudiyyə münasibətləri ən təhlükəli həddədir

İran-Səudiyyə münasibətləri ən təhlükəli həddədir

İranla Səudiyyə Ərəbistanının münasibətləri son 30 ildə ən pis səviyyəyə düşüb. Bunu Körfəz üzrə təhlilçi Kristian Coates Ulrichsen BBC-də yazır.


Diplomatik münasibətlər Səudiyyədə şiə ruhanisi Nimr al-Nimr-in edamından sonra kəsilib.

«İndiki böhran 1980-ci illərdəki kimi təhlükəlidir. 1988-1991-ci illərdə diplomatik münasibətlər dayandırıldı. 1979-cu il İran inqilabı və 1980-1988-ci illər İran-İraq müharibəsindən sonra belə bir böhran yaşandı. Səudiyyə Ərəbistanı və Körfəz Əməkdaşlıq Şurası (GCC) İraq lideri Saddam Hussein-i dəstəklədi və gəmiləri İranın hücumlarına tuş gəldi. 1984-cü ildə isə Səudiyyə İran qırıcısını sərhədi keçdiyini deyərək, vurdu»

Müəllif yazır ki, indiki böhranda hələlik birbaşa qarşıdurma yaranmasa da, gərginlik 3 səbəbdən 1980-ci illəri xatırladır. Birincisi, məzhəb siyasətidir ki, bu siyasət Yaxın Şərqi şiə və sünnilərə parçalayıb. İranla Körfəz qonşuları arasında dərin inamsızlıq mövcuddur.

İkincisi, Körfəz ölkələri son 4 ildə xarici siyasətlərini İranın regional münaqişələrə «qarışmasına» cavab olaraq qurur. Onlar Obama administrasiyasının Yaxın Şərqdə niyyətlərinə də skeptik yanaşırlar. Körfəzdə çoxları üçün İran təhlükəsi nüvə proqramıyla bağlı deyil, əsl təhlükə bu ölkənin «Hizbullah» kimi silahlı qruplaşmalara, Yəməndə husilərə dəstək verməsidir.

Və nəhayət, sonuncusu, Səudiyyə Ərəbistanı ilə İranın diplomatik münasibətlərinin pozulması azından indilik, Yəməndə və Suriyada müharibələri bitirməyi hədəfləyən regional səylər üçün əcəl zəngi kimi səslənir.

Müəllif bu iki nüfuzlu oyunçusuz həm Yəməndə, həm də Suriyada sülh cəhdlərinin alınmayacağını yazır. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb