İran yenə BMT sanksiyalarını pozdu

18:56 | 08.12.2015
İran yenə BMT sanksiyalarını pozdu

İran yenə BMT sanksiyalarını pozdu

Ötən ay İran ortamənzilli ballistik raket sınağı keçirməklə BMT Təhlükəsizlik Şurasının iki qətnaməsini pozub. Bunu ABŞ rəsmiləri dekabrın 7-də bəyan edib.

Fox News-un məlumatına görə, sınaq noyabrın 21-də İranın Pakistanla sərhəddəki Çabahar liman şəhərində keçirilib. Fox-un məlumatına görə, Ağ Ev rəsmilərinin bu sınaqdan xəbəri var, ancaq şərh verməyiblər.

BMT Təhlükəsizlik Şurasının 2010-cu il qətnaməsi İranda bütün ballistik raket sınaqlarını qadağan edir. Bu qətnamə İranın 6 dövlətlə əldə etdiyi nüvə sazişi həyata keçirilənədək qüvvədədir.

Həmin sazişə görə, İranın nüvə proqramını məhdudlaşdırılacağı halda, Tehrana sanksiyaların qaldırılacağı gözlənir. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM