İranda bir neçə azərbaycanlının terror törətmək şübhəsi ilə həbs olunduğu deyilir

10:57 | 08.02.2024
İranda bir neçə azərbaycanlının terror törətmək şübhəsi ilə həbs olunduğu deyilir

İranda bir neçə azərbaycanlının terror törətmək şübhəsi ilə həbs olunduğu deyilir

İranın Tasnim agentliyi İranda bir neçə azərbaycanlı şəxsin terror törətmək ittihamı ilə həbs edildiyini bildirir. Bu barədə agentliyin məlumatında qeyd olunub. 
 
"İranın təhlükəsizlik qüvvələri son vaxtlar Azərbaycan Respublikasında yerləşən mərkəzin rəhbərliyi altında fəaliyyət göstərən bir sıra casus və terrorçuları həbs edib. Həbs edilən casusların İranda təxribat törətmək planları olub", - məlumatda qeyd olunub. 
 
Xarici İşlər Nazirliyi məsələ cavab olaraq bildirib ki, yayılan bu informasiyadan məlumatsızdırlar. 
 
2023-cü ilin yanvarında Tehranda Azərbaycan səfirliyində iran vətəndaşı  Yasin Hüseynzadə terror aktı törədib. Nəticədə səfirliyin mühafizə rəisi öldürülüb bir neçə əməkdaşı isə yaralanıb. Terror hadisəsindən sonra Azərbaycan səfirliyinin əməkdaşları ölkəyə geri çağrılıb. 
 
Bir neçə gün öncə İrandakı Azərbaycan səfirliyinə terror aktı təşkil edən Yasin Hüseynzadənin məhkəməsinin yekunlaşdığı və onu edam cəzası gözlənməsi ilə baağlı İran açıqlama yayıb. 
 
Azərbaycan Prezidenti baş verən hadisəni terror aktı adlandırıb. 
 
Gülnar Nazimqızı 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb