İranda daha bir amerikalı saxlanıb

16:52 | 22.07.2016
İranda daha bir amerikalı saxlanıb

İranda daha bir amerikalı saxlanıb

ABŞ Dövlət Departamenti iyulun 21-də bildirib ki, İranda daha bir iranlı amerikalının saxlanması barədə məlumatları araşdırır. Həmin şəxs Kaliforniyanın San Dieqo şəhərindən Robin Shahini-dir.

Ailənin verdiyi məlumata görə, 46 yaşlı Shahini iyulun 11-də, İranda xəstə anasına baş çəkərkən saxlanıb və o vaxtdan ondan xəbər yoxdur.

Elə həmin gün İranda bir livanlıya və Britaniya, Kanada və Birləşmiş Ştatlardan üç nəfər ikili vətəndaşlığı olana hökm oxunub, ittihamlar bəlli deyil.

Shahini San Dieqo Universitetinin tələbəsi olub, Daxili Təhlükəsizlik Departamentinə bir proqrama qəbul olunub. Amma gələn ay başlanacaq proqram üçün hələlik qeydiyyatdan keçməyib.

Ailə üzvləri "Associated Press” agentliyinə deyiblər ki, onun saxlanmasına internetdə İranda insan haqlarıyla bağlı yazdığı şərhlərinin səbəb ola bilməsindən qorxur.

Shahini iyulun 25-də San Dieqoya qayıtmalıydı, geriyə təyyarə bileti vardı.

O, İrandan 1998-ci ildə çıxıb, 16 il San Dieqoda yaşayıb. (Azadliq.org)

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb