İranda etirazçılar Rza şahı səsləyir

21:41 | 31.12.2017
İranda etirazçılar Rza şahı səsləyir

İranda etirazçılar Rza şahı səsləyir

İranda dekabrın 28-də yumurtanın kəskin bahalaşmasına etiraz olaraq Məşhəd şəhərində başlayan, sırf sosial və iqtisadi xarakterli iqtisadi aksiyalar sürətlə məcrasından çıxıb. Virtualaz.org xəbər verir ki, bu gün dekabrın 31-nə olan məlumatlara əsasən ölkənin onlarla şəhərlərini, o cümlədən paytaxt təbrizi bürüyən , miqyası genişlənməkdə olan aksiyalarda artıq siyasi tələblər irəli sürülür, hətta dini rejimin getməsi və dünyəvi hakimiyyətin qurulması tələbləri səslənir.

Və hadisələrin bu cür inkişafı İranda başlayan etiraz dalğasının sonuncu belə miqyaslı etirazlardan-2009-cu il prezident seçkilərindən sonra başlayan aksiyalardan fərqli olduğunu göstərir. Çünki həmin nümayişlərdə dini rejimin və ali dini liderin əleyhinə indiki kimi açıq çağırışlar səslənmirdi.

Xəbər verildiyi kimi asayiş qüvvələri artıq nümayişçilərə qarşı silah işlədirlər və son məlumatlara görə azı beş nəfər ölüb. İran hakimiyyəti isə nümayişçilərə polisin yox, təxribatçıların atəş açdığını bildirir. İran hökuməti bu gün dekabrın 31-də etirazçılara xəbədarlıq edib ki, Doroud şəhərində iki adamın ölümünə gətirən qanun pozuntularının "hesabını verəcəklər”.

"Fərda” Radiosunun məlumatına görə, Tehran unuversiteti yanında dekabrın 30-da etirazçılar "Seyyid Ali Khamenei, sənə ar olsun!” – şüarı qışqırıblar. "Reuters”in məlumatına görə isə, şüarlar arasında "Yaşasın Rza şah” kimi şüarlar da var. (Hərçənd Rza şah sağ deyil və devriləndən bir il sonra-1980-ci ildə mühacirətdə ölüb) Tehranda cümə namazlarına başçılıq edən Əhməd Hatəmi belə şüarlara görə, cəzalandırmağı tələb edib.

Hökumət sözçüsü Məhəmməd Bager Nobəxt isə televiziya ilə çıxışında deyib ki, yeni ildə İranda 830 min yeni iş yeri yaradılacaq. Hazırda İranda 3 milyon 200 mnin rəsmi işsiz var. İranda etirazlar yumurtanın və toyuq ətinin bahalanmasına etirazlardan başlayıb. Daha sonra bütün İrana yayılan etirazlarda siyasi şüarlar da səslənir. Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvi isə 1979-cu il İslam İnqilabı ilə devrildi.

Xəbərlərə görə İranda yaranmış dramatik vəziyyətə görə sabah parlament fövqəladə yığıncaq keçirəcək. Prezident Həsən Ruhaninin isə yaxın saatlarda xalqa müraciət edəcəyi gözlənilirdi.

Hələlik İran aksiyalarının arxasında kimlərin dayandığı haqda birmənalı qənaət yoxdur. Bu etiraz dalğası ölkədəki sosial-iqtisadi vəziyyətlə bağlı spontan olaraq da başlaya bilərdi, lakin bir çox müşahidəçilər hadisələrin arxasında ABŞ və İsrailin dayana biləcəyini təxmin edirlər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb