İranda koronavirusa yoluxanların sayı 140 mini ötdü

21:00 | 27.05.2020
İranda koronavirusa yoluxanların sayı 140 mini ötdü

İranda koronavirusa yoluxanların sayı 140 mini ötdü

İranda koronavirusa yoluxanların sayı artıb.

"Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə daha 2 080 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 141 591-ə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 56 nəfər artaraq 7 564 nəfərə yüksəlib.

O həmçinin 2 551 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.
Bundan başqa, indiyədək 111 176 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb