İrandakı zəlzələdə yaralananların sayı açıqlandı

22:03 | 24.03.2023
İrandakı zəlzələdə yaralananların sayı açıqlandı

İrandakı zəlzələdə yaralananların sayı açıqlandı

Bu gün İranda qeydə alınan zəlzələ nəticəsində yaralananların sayı açıqlanıb.

Bu barədə İranın Qərbi Azərbaycan Vilayətinin Böhran İdarəetmə Mərkəzi məlumat yayıb.


Bildirilib ki, zəlzələ nəticəsində yaralananların sayı 165 nəfərdir. Eyni zamanda, xəsarət alanların sayının artacağı istisna edilmir.

Bu gün səhər yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Naxçıvan MR-də 4-3 bala qədər hiss olunub

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb