Publika.az xəbər verir ki, Fars agentliyinin məlumatına görə, Beynəlxalq Atom Enerjisi Qurumu ötən çərşənbə günündən bu yana İranın zənginləşdirilmiş uranın miqdarını ölçüb. Nəticədə, miqdarın 300 kq-dan artıq olduğunu təsbit edib.
Qurumun sözçüsü Bəhruz Kamalıverdi iyunun 26-da verdiyi açıqlamada Avropa ölkələrinə verilən müddətin başa çatmasından sonra zənginləşdirilmiş uranın miqdarının artacağını demişdi.
Mayın 8-də saziş tərəfləri olan ölkələrə 60 gün müddət verən İran ABŞ-ın sanksiyalarına qarşı uranın zənginləşdirilməsinə davam edəcəyini bildirmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !